Umico-nu idarə edən şirkətə əlavə sərmayə yatırılıb
Fərqli satıcılardan malların onlayn satışını təşkil edən "Umico market"in yaradıcısı "Competo" MMC şirkətinin nizamnamə kapitalı növbəti dəfə artırılıb.
Marja.az xəbər verir ki, ötən ilin sonunda şirkətin nizamnamə kapitalı 4 milyon 100 min manat da artırılaraq 47 milyon 370 min manata qaldırılıb. "Competo" ötən ilin sentyabr ayında 43 milyon 270 min manat nizamnamə kapitalına malik idi.
2022-ci ilin əvvəlində "Competo" şirkəti 29,7 milyon manat nizamnamə kapitalına malik idi. İl ərzində Şirkətin kapitalı bir neçə dəfə sərmayə ilə 17,7 milyon manat artırılıb.
2018-ci ildə ildə yaradılmış "Competo" şirkəti "PAŞA" Şirkətlər Qrupuna daxildir. Qrupun saytında verilən məlumata görə, “Competo” Məhdud Məsuliyyətli Cəmiyyət Bakıda və Kiyevdə ofisləri olan geniş profilli İT və biznes həlləri şirkətidir. Həmçinin qeyd edilib ki, Competo — pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.
2020-cil ilin Noyabr ayında Umico.az saytında və Umico tətbiqində Azərbaycanın ilk Marketpleysi – Umico Market (onlayn alış-veriş üçün platforma) fəaliyyətə başlamışdır. Burada müştərilər evə çatdırılma ilə minlərlə məhsul ala bilirlər. Bundan əlavə, tətbiqində olan Umico Bank vasitəsilə öz bank kartlarını idarəsi, bank köçürmələri, kommunal və digər ödənişləri və hətta ƏDV-nin geri qaytarılması mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)







.jpg)





